Şənbə gününün hava proqnozu açıqlanıb


Digərləri 02 Noy 2018 13:21:00 253 0

Şənbə gününün hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.