Türkiyə Prezident Administrasiyası: "Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır"


Dünya 02 Noy 2018 12:57:00 243 0

Türkiyə Prezident Administrasiyası: "Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır"

Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır - Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:

"Əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir".