Məhkəmələrə yeni hakimlər təyin edildi


Digərləri 02 Noy 2018 12:31:00 249 0

Məhkəmələrə yeni hakimlər təyin edildi

Azərbaycanda bir sıra ali və apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Azərbaycan Ali Məhkəməsinə 1, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə 3, Bakı Apellyasiya Məhkəməsinə 12, Sumqayıt Apellyasiya Məhkəməsinə 4, Gəncə Apellyasiya Məhkəməsinə 3, Şirvan Apellyasiya Məhkəməsinə 5 və Şəki Apellyasiya Məhkəməsinə 4 hakimin təyin edilməsi müzakirəyə çıxarılıb.