Acun sözünə əməl etdi,


Digərləri 02 Noy 2018 12:23:00 245 0

Acun sözünə əməl etdi,

Acun İlıcalı kənd şəraitində "O səs Türkiyə" müsabiqəsini keçirən 52 kənd uşağını İstanbula gətirdi.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 52 məktəbli iki gün İstanbulda Acunun qonağı olublar. Uşaqlar Diyarbəkir vilayətinin Bağşar rayonunda öz imkanları ilə "O səs Türkiyə" müsabiqəsini keçirmişdilər. Sosial şəbəkələrə sızan videoçarx Acunun diqqətini cəlb etmişdi və uşaqları İstanbula dəvət gətirib.

"Acun Medya" komandası qonaqlarını Bosfor boğazına baxan bir restorana aparıblar. Sonra isə şəhər gəzintisi olub. Axşam isə otelə apararaq hər birinə özəl hədiyyələr veriblər. Uşaqların arzusu ilə otaqlarda hamburqer gecəsi keçirilib.


Xəbərə aid fotolar