Həftə sonunun HAVAsı


Digərləri 02 Noy 2018 12:17:00 241 0

Həftə sonunun HAVAsı

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Son.az-a açıqlamasında bildirib ki, noyabr ayının 3-4-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir.