"Qara dəniz ölkələri BakıTbilisiQars dəmir yolu ilə ticarət dövriyyələrini artıra biləcək"


Digərləri 02 Noy 2018 12:05:00 276 0

"Qara dəniz ölkələri BakıTbilisiQars dəmir yolu ilə ticarət dövriyyələrini artıra biləcək"

Bakıda Qara dəniz regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, forumun açılışında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib.

M.Musayev deyib ki, Azərbaycanda iqtisadiyyatın inkişafının təmin edilməsi üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm amillərdən biridir: "Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi ölkə prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində özəl sektora müdaxilə halları azalıb. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılıb və bu mənbə hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir".