“AmCham" “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır


Digərləri 02 Noy 2018 11:59:00 308 0

“AmCham" “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ötən illə müqayisədə “Doing Business-2019” hesabatında Azərbaycanın 32 pillə yüksələrək reytinqdə 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına münasibət bildirib.

Bakı. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ötən illə müqayisədə “Doing Business-2019” hesabatında Azərbaycanın 32 pillə yüksələrək reytinqdə 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına münasibət bildirib. Palatanın icraçı direktoru xanım Natəvan Məmmədova qeyd edib ki, öz mövqeyini 25-ci yerə qədər yaxşılaşdırmış Azərbaycan rekord sayda – 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstəricidir: “Bu göstərici ölkəmizdə biznes mühitinin inkişafı üçün həyata keçirilən növbəti islahatların bariz nəticəsi, eyni zamanda Strateji Yol Xəritələrində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir”. Onun sözlərinə görə, sahibkarlığa dəstək məqsədilə aparılan islahatlar biznes mühitinin bütün sahələri, xüsusilə də biznesə başlama, tikinti üçün icazələrin alınması, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı və bir sıra başqa sahədə müsbət dəyişikliklərə şərait yaradıb.