Gündüz saatlarında 18 dərəcə isti olacaq


Digərləri 02 Noy 2018 12:05:00 267 0

Gündüz saatlarında 18 dərəcə isti olacaq

Bu gün gündüz saatlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Bu gün gündüz saatlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək.