Bank Respublika nağd və mikro kreditlər üzrə endirim kampaniyalarının müddətini uzadır


Digərləri 02 Noy 2018 11:53:31 258 0

Bank Respublika nağd və mikro kreditlər üzrə endirim kampaniyalarının müddətini uzadır

Bank Respublika tərəfindən keçirilən “Rahatlıqıa faydalan” və "Payız - Aşağı Faiz" endirimli kredit kampaniyaları üzrə müştərilərin aktivliyini və rəğbətini nəzərə alaraq, bank bu kampaniyaların müddətini noyabrın 30-dək uzadır.

Bakı. Bank Respublika tərəfindən keçirilən “Rahatlıqıa faydalan” və "Payız - Aşağı Faiz" endirimli kredit kampaniyaları üzrə müştərilərin aktivliyini və rəğbətini nəzərə alaraq, bank bu kampaniyaların müddətini noyabrın 30-dək uzadır. “Rahatlıqla Faydalan” kredit kampaniyası çərçivəsində banka müraciət edən bütün müştərilərə nağd pul krediti illik 20%-dən başlayan sərfəli şərtlərlə təklif olunur! Kreditin maksimal mәblәği 20 000 manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq, 5 000 AZN-dək kredit zaminsiz də təqdim edilə bilər. İş adamları üçün nəzərdə tutulmuş “Payız – Aşağı faiz” kredit kampaniyasının şərtlərinə əsasən, sahibkarlar “Bank Respublika”dan 50.000 manatadək Mikro kreditləri Mikro faizlə, yəni illik 12%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə götürmək imkanı əldə edir!