Bakıda marketdən oğurluq edən şəxsi döyən satıcının məhkəməsi başladı


Digərləri 02 Noy 2018 11:42:00 302 0

Bakıda marketdən oğurluq edən şəxsi döyən satıcının məhkəməsi başladı

Xətai Rayon Məhkəməsində marketdən oğurluq edən şəxsi döyən satıcı Tahir Rəşidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.