Boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib (FOTO)


Digərləri 02 Noy 2018 11:28:39 314 0

Boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib (FOTO)

Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin boccia idman növü üzrə də davam etdirildiyini göstərir.

Bakı. Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin boccia idman növü üzrə də davam etdirildiyini göstərir. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlərdə İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edərək bir qızıl, üç bürünc medal qazanmış boccia üzrə millimizin üzvləri ilə keçirilən görüşdə vurğulayıb. Nazir komandanın üzvlərini ilk dəfə olaraq beynəlxalq səviyyəli yarışda uğur qazanmaları münasibəti ilə təbrik edib. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərilir. Dövlət başçısının uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, aktiv həyat tərzinin təmin olunması, idman qabiliyyətlərinin dəstəklənməsi üçün aparılan geniş miqyaslı işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb.