Bank Respublika nağd və mikro kreditlər üzrə endirim kampaniyalarının müddətini uzadır


Digərləri 02 Noy 2018 11:15:00 338 0

Bank Respublika nağd və mikro kreditlər üzrə endirim kampaniyalarının müddətini uzadır

Bank Respublika tərəfindən keçirilən "Rahatlıqıa faydalan" və "Payız - Aşağı Faiz" endirimli kredit kampaniyaları üzrə müştərilərin aktivliyini və rəğbətini nəzərə alaraq, bank bu kampaniyaların müddətini noyabrın 30-dək uzadır. 

"Rahatlıqla Faydalan" kredit kampaniyası çərçivəsində banka müraciət edən bütün müştərilərə nağd pul krediti illik 20%- dən başlayan sərfəli şərtlərlə təklif olunur! Kreditin maksimal mәblәği 20 000 manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq, 5 000 AZN-dək kredit zaminsiz də təqdim edilə bilər.

İş adamları üçün nəzərdə tutulmuş"Payız - Aşağı faiz" kredit kampaniyasının şərtlərinə əsasən, sahibkarlar "Bank Respublika"dan 50.000 manatadək Mikro kreditləri Mikro faizlə, yəni illik 12%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə götürmək imkanı əldə edir!