Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub (ÖZƏL)


Digərləri 02 Noy 2018 11:11:00 227 0

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub (ÖZƏL)

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov özəl olaraq Trend-ə bildirib ki, oktyabr ayında Quba rayonu, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində aparılmış müşahidələrə əsasən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub, yol boyu uçqun-töküntü və oturma prosesləri müşahidə edilib. Yolun hərəkət hissəsində yeni çatlar əmələ gəlib: "Bundan başqa, Xızı rayonu, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolu boyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib, yolun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında da nisbi aktivlik qeydə alınıb, yolun yamac hissəsində uçqun-töküntü prosesləri müşahidə olunub". Onun sözlərinə görə, Şamaxı rayonu, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə zonasında ay ərzində aparılmış müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsi üzərindəki çatların ölçülərində artım qeydə alınıb: