Misir piramidalarının sirri açıldı


Dünya 02 Noy 2018 10:29:00 270 0

Misir piramidalarının sirri açıldı

Fransa Şərq Arxeologiya İnstitutunun və Liverpul Universitetinin birgə missiyası Misirdə qədim rampa aşkar edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, alimlərin fikrincə, 4500 yaşı olması güman edilən bu rampanın köməyi ilə qədim misirlilər piramidaların tikintisi üçün çox böyük ölçülü daş blokları daşıyırmış.

Əl-Minya əyalətinin ərazisində yerləşən qədim karxanada tapılmış qurğudan arxeoloqların fikrincə, Böyük Xeops Piramidasının tikintisi üçün istifadə edilib. Bu qurğu iri daş blokların çıxarılması və daşınması üçün mükəmməl sistemdir.