Tramp Venesualaya yeni sanksiyalar tətbiq olunması barədə fərman imzalayıb


Dünya 02 Noy 2018 08:59:00 186 0

Tramp Venesualaya yeni sanksiyalar tətbiq olunması barədə fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp Venesualaya yeni sanksiyalar tətbiq olunması barədə fərman imzalayıb. Son.az Trend-ə istinadən bildirir ki, milli təhlükəsizlik üzrə müşavir Con Boltonun qeyd etdiyi kimi, sanksiyalar həmçinin qızıl ehtiyatla olan əməliyyatları da özündə ehtiva edir.

Bolton Mayamidə çıxış edərək bildirib: "Yeni sanksiyalar Venesuelanın korrupsiyalaşmış iqtisadiyyat sektorunda işləyən qruplara əhatə edəcək və onların oğurlanmış sərvətlərə yolunu bağlayacaq. Sanksiyalar Venesuelanın korrupsiyaya bulaşmış və fırıldaqçı qızıl sektoru ilə bağlı subyekt və qruplarla ABŞ vətəndaşlarının əməliyyatlarının qarşısını alacaq".