Küveytdə məhbuslar ailə həyatı qurdu: İLK dəfə


Digərləri 02 Noy 2018 08:48:00 312 0

Küveytdə məhbuslar ailə həyatı qurdu: İLK dəfə

Küveytdə cəzaçəkmə müəssisəsidə olan yerli sakin və Misir vətəndaşı ölkənin tarixində ilk dəfə olaraq ailə həyatı qurublar. Son.az Trend-ə istinadən bildirir ki, həbsdə olan Küveyt vətəndaşı daxili işlər nazirinin müavininə müraciət edərək ailə həyata qurmağa icazə istəyib. Nazir müavini isə sorğunu müsbət cavablandırıb və iki məhbusun evlənməsinə icazə verib.

İki məhbus evlilik mərasimi üçün məhkəməyə gətirilib, sonra isə türməyə qaytarılıb. Məlumata görə, Küveytdə keçən il başlanılan "Ailənin evi" adlı layihəyə görə, iki məhbus görüşə və ailə həyata qura bilər.