Yılmaz Morgüldən Bülənt Ərsoy açıqlaması: "O kimdir, tanımıram"


Digərləri 02 Noy 2018 08:15:00 336 0

Yılmaz Morgüldən Bülənt Ərsoy açıqlaması: "O kimdir, tanımıram"

Uzun müddət mətbuatdan uzaq gəzən Yılmaz Morgül İstanbulun Kartal səmtindəki ticarət mərkəzində olub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, dostları ilə ticarət mərkəzində 2 saat dükanları gəzən sənətçi bir kafedə yemək də yeyib.

Kafedən çıxanda jurnalistlərin suallarını cavablandıran Morgül "Bülənt Ərsoyla barışdınızmı?" sualına "Bülənt Ərsoy kimdir? Elə bir adam da var? Mən tanımıram" cavabını verib.