"Heç vaxt kişi məclislərində..." Şəbnəm Tovuzlu


Şou-biznes 02 Noy 2018 07:14:00 314 0

"Heç vaxt kişi məclislərində..."  Şəbnəm Tovuzlu

"Heç vaxt kişi məclislərində oxumamışam və oxumaram da".

Son.az bildirir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında müğənni Şəbnəm Tovuzlu səsləndirib. Sənətçi seçimini belə izah edib:

"Yalnız ailə məclislərinə gedirəm. Yəni, o məclisdə həm xanımlar, həm də bəylər iştirak edirsə, gedib oxuya bilərəm. Hətta kişi məclislərində iştirakım üçün yüksək qonorar da təklif edilib, amma razılıq verməmişəm. Çünki o məclisdə iştirak edənlər ərimdən artıq deyillər. Niyə mən əlində badə mənə baxan hansısa kişi üçün məzə olmalıyam? Oxşar təklif bu yaxınlarda da olmuşdu. Dedim ki, qonorar nə qədər yüksək olsa da iştirak edə bilməyəcəyəm. Ailəli xanımam, övladlarım, həyat yodaşım var. Əgər indiyə qədər belə məclislərə getməmişəmsə, bundan sonra da getməyəcəyəm".