Azərbaycanda ilk dəfə "Orqan musiqisi " festivalı keçiriləcək


Digərləri 02 Noy 2018 07:17:23 283 0

Azərbaycanda ilk dəfə "Orqan musiqisi " festivalı keçiriləcək

Festival Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək.

Bakı. Azərbaycanda ilk dəfə noyabr ayının 7-8-də Azərbaycan Televiziyası Mədəniyyət Kanalı, Azərbaycan Radiosu, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi “Azərbaycan Orqan Musiqisi Festivalı” baş tutacaq. Trend-in məlumatına görə, festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək. Azərbaycan Televiziyası Mədəniyyət kanalının yeni layihəsi olan “Azərbaycan Orqan Musiqisi Festivalı”nın da noyabrın 7-si saat 12:00 - da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan orqan sənətinin inkişafı yolu” mövzusunda (1900-2018) elmi konfrans, noyabırın 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Azərbaycan orqan musiqisindən ibarət konsert keçiriləcək. Noyabrın 8-də saat 19:00-da Kamera və Orqan Musiqi Zalında Avropa orqan musiqisindən ibarət festival yekunlaşacaq. Festival boyu musiqisevərləri maraqlı orqan musiqisi proqramı gözləyir. Belə ki, konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Proqramda Nazim Əliverdibəyov, Qara Qarayev, Vasif Adıgözləv, Fərhad Bədəlbəyli, Rüfət Ramazanov, İohan Sebastyan Bax, Ejen Jiqo, Lui Nikola Klerambo, Iohan Paxelbel, Feliks Mendelson, Qeorq Fridrix Hendel, Astop Pyatsolla və digərlərinin əsərlərini Azərbaycan musiqiçiləri ifa edəcəklər. Festivalda təqdim olunacaq musiqi nömrələrin daha bir maraqlı cəhəti də ondan ibarətdir ki, orqanla birgə milli musiqi alətəmiz tarda da ifa olunacaq. Xənandə və vokalçılar da səhnədə yer alacaqlar.