Maye robot yaradılıb


Digərləri 02 Noy 2018 00:45:00 316 0

Maye robot yaradılıb

Çin və Avstraliya alimlər qrupu darısqal yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dərc edilən videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir.

Bildirilir ki, ixtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Ona gərginlik isə quraşdırılmış batareya vasitəsilə ötürülür.

Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları dəqiq çatdıra bilirlər.