Qaçqın ölümü ilə bağlı dəhşətli rəqəmlər açıqlandı


Dünya 01 Noy 2018 23:57:00 259 0

Qaçqın ölümü ilə bağlı dəhşətli rəqəmlər açıqlandı

"Associated Press" xəbər agentliyi son 4 ildə itkin düşən və ölən qaçqınların sayı ilə bağlı şoka salan hesabat hazırlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hazırlananı hesabatda itkin düşən qaçqınların sayının açıqlanan rəsmi rəqəmlərdən qat-qat çox olduğu bildirilir. Agentliyin beynəlxalq təşkilatlar, tibbi qeydlər, ölüm və itkin düşmə kimi bir çox məlumatları bir araya gətirərək hazırladığı hesabata görə, 2014-cü ildən etibarən 56 min 800 qaçqın dünyasını dəyişib, yaxud da itkin düşüb. BMT-nin rəsmi rəqəmlərində isə 4 ildə 28 min 500 nəfərin öldüyü və ya itkin düşdüyü bildirilir.

Hesabatda qeyd olunur ki, rəsmi rəqəmlər həqiqətdən çox uzaqdır. Bundan əlavə, faciə təkcə Afrika və Yaxın Şərqdən Avropaya köçmək istəyənlərlə bağlı yaşanmır. Məsələn, 2014-cü ildən etibarən Meksikadan ABŞ-a keçmək istəyən 3 min 861 qaçqının öldüyü, yaxud da itkin düşdüyü qeyd olunub. Agentliyin məlumatına görə ölən qaçqınların cəsədləri dənizdə, sahillərdə aşkarlanıb.