Quranikərimin sair səmavi kitablardan əsas fərqi nədir?


Digərləri 01 Noy 2018 23:45:00 361 0

Quranikərimin sair səmavi kitablardan əsas fərqi nədir?

Qurani-kərimdən başqa bütün səmavi kitabların orijinalı ya itmiş, ya da təhrif olunmuşdur. Məsələn, bəzi peyğəmbərlərə göndərilmiş səhifələr (sühüf) itib-batmışdır; yalnız hədislərdə bu səhifələrin bəzi fraqmentlərinə rast gəlirik.

Son.az islam.az-a istinadən bildirir ki, Tövrat, Zəbur və İncil isə müharibələr və yanğınlar nəticəsində məhv olmuş, sonralar insanların hafizəsinə əsasən bərpa edilmişdir. Bu kitabları zaman-zaman gah qəsdən, gah da bilməyərəkdən təhrif edib dəyişdirmişlər. Səmavi kitabların içində yalnız Quran zərrəcə dəyişməmişdir və qiyamətə kimi toxunulmaz qalacaqdır: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" (Hicr, 9). Quranın digər səmavi kitablardan ən böyük fərqi də elə budur.