Qripdən qorunmaq üçün ən effektli üsul


Digərləri 01 Noy 2018 23:25:00 275 0

Qripdən qorunmaq üçün ən effektli üsul

Həkim Nurten Elkin qrip və soyuqdəyməyə haqqında geniş məlumat verib.

Nurten Elkin bildirib ki, hərarət, halsızlıq, boğaz ağrısı, öskürək, burun axıntısı, burun tıxanması, baş ağrısı, əzələ və oynaq ağrıları qripin ən sıx görünən əlamətləridir: "Bu şikayətlər adətən 7 gün davam edir, sağalma müddəti 1-2 həftəyə qədər uzana bilər. Yoluxma öskürək və söhbət əsnasında damcıların ətrafa yayılması və sağlam insanların onları tənəffüs qəbul etməsi nəticəsində baş verir. Öpüşmək, əl vermək, bir metrdən çox yaxın təmas da xəstəliyin mühüm yoluxma yollarından biridir. Virus qapı cəftəsi, masa, stəkan kimi səthlərdə 2-8 saat canlı qala bilir".

Son.az publika.az-a istinadən xəbər verir ki, loğman qrip və soyuqdəymə əlamətlərinin fərqli olduğunu bildirib: "Qripdə, öskürək, halsızlıq olur, hərarət 38 dərəcədən yuxarıdır, baş ağrısı kəskindir, burun axıntısı, öskürək və boğaz ağrısı daha azdır. Soyuqdəymədə isə xəstəlik tədricən başlayır, burun axıntısı, öskürək və boğaz ağrısı şiddətlidir. Halsızlıq, baş ağrısı və öskürək daha az görülən əlamətlərdəndir".

O, xəstəliyin risk qruplarının fərqli olduğunu dilə gətirib: "Xəstəlik uşaqlıqdan yaşlılığa qədər bütün yaş qruplarına təsir edir. Amma bəzi insanlar xəstəliyi daha ağır keçirə bilər. Bu risk qruplarına: 65 yaş və daha yuxarı yaş, 2 yaşdan aşağı şəxslər, uzun müddət aspirin istifadə etməli olanlar, şəkər xəstəliyi, o cümlədən hər hansı bir metabolik xəstəliyi olanlar, astma, o cümlədən xroniki tənəffüs yolu xəstəliyi olanlar, xroniki böyrək xəstəliyi olanlar, xroniki ürək və damar xəstəliyi olanlar, immunitet sistemi zəif olanlar, xərçəng xəstələri, immunsupresif dərman istifadə edənlər, həddindən artıq çəkili olanlar daxil edilir.

Xəstələrin çoxu hər hansı bir tibbi müalicə almadan bol maye və yataq istirahəti ilə sağala bilir, amma risk qrupunda olan insanlar xəstəliyi daha ağır keçirir. Bu səbəblə bu qrupdakı xəstələr mütləq həkimə müraciət etməlidir.