Ərbəin gününün əməlləri


Digərləri 01 Noy 2018 23:10:00 454 0

Ərbəin gününün əməlləri

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və "Ərbəin ziyarətnaməsi"ni oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) "Ərbəin ziyarətnaməsi"ni oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Şeyx Tusi "Təhzib" və "Misbah" kitablarında nəql edir ki, Həzrət İmam Həsən Əskəri (ə) buyurdu: "Mömin şəxsin beş əlaməti vardı:hər gün əlli bir rükət namaz, yəni on yeddi rükət vacib və otuz dörd rükət nafilə namazlarını qılar, "Ərbəin" ziyarətnaməsini oxuyar, sağ əlinə üzük taxar, səcdədə alnını torpaq üzərinə qoyar və "Bismilləhir-Rahmənir-Rahim"i ucadan deyər".

Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər. "Ərbəin ziyarətnaməsi"nin iki varinatı mövcuddur. Daha geniş yayılmış birinci variantı Səfvani-Cəmmal adlı səhabə İmam Cəfər Sadiqdən (ə) rəvayət edib. Ziyarətnamənin ikinci variantı isə Cabir ibn Abdullahdan rəvayət edilib və onun həmin Ərbəin günü oxuduğu ziyarətnamədən ibarətdir. Bu variant hazırda daha çox rəcəb ayının ortalarında İmam Hüseynin (ə) ziyarətnaməsi kimi oxunur. Hər iki ziyarətnamə məşhur dua kitabı olan "Məfatihül-cinan"da verilib.

Deyerler.org olaraq "Ərbəin" ziyarətnaməsini həm ana dilimizdə, həm də ərəb dilində sizlərə təqdim edirik. Tusi "Təhzib" və "Misbah" kitablarında Səffan Cəmmaldan belə nəql edir: "Mövlam Həzrət Sadiq (ə) Ərbəin ziyarətnaməsi barəsində mənə buyurdu ki, bu ziyarətnaməni, günəş üfüqdən bir qədər qalxandan sonra bu qaydada oxu: