Quran nə üçün peyğəmbərləri Allahın minnəti hesab edir?


Digərləri 01 Noy 2018 22:55:00 262 0

Quran nə üçün peyğəmbərləri Allahın minnəti hesab edir?

Quran Allahın bəşərə göndərdiyi bir kitab, bir lütf, həm də bir minnətdir. Çünki insana doğru yolu tapmaq üçün bu ilahi kitab kifayət edir. Niyə məhz doğru yol?

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, çünki insanın bu dünyadakı ən başlıca vəzifəsi doğru yolda olmaqdır. Yəni işin və əməlin formasından aslı olmayaraq hər bir şeyin doğruluq əsasında olması vacib amildir. İnsanın da ilkin vəzifəsi və öhdəliyi məhz budur. Quran bu mətləbi açıq şəkildə belə bəyan edir:

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır." (Mülk-2)

İnsanın doğrunu, həqiqəti və Allahın ondan nə tələb etdiyini bilmək üçün bir yol göstərənə ehtiyacı vardır. Bu yol göstərən ilahi kitab və elçilərdir. Mütəal Allah bu elçiləri və kitabı insanlara Oz minəti adlandırıb:

"Allah möminlərə minnət qoydu (lütf etdi). Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər." (Ali-İmran-164)

Quran bu elçiləri ilahi minnət adlandırır və bunun səbəbini bəyan edir. Həm də məhz möminlər üçün. Çünki bu nemətin qədrini yalnız mömin bilər.