Neftçalada orta yaşlı şəxs bıçaqlanıb


Digərləri 01 Noy 2018 22:57:00 238 0

Neftçalada orta yaşlı şəxs bıçaqlanıb

Neftçala şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1981-ci il təvəllüdlü yerli sakin Məmmədov Təbriz Tahir oğlu bədəninin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. T.Məmmədovun bıçaqlandığı bildirilsə də, hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Qubada kafenin kababçısı müştərini bıçaqlayıb.