Səfər zamanı namazın hökmlərindəki vətən anlayışı nə deməkdir?


Digərləri 01 Noy 2018 22:45:00 283 0

Səfər zamanı namazın hökmlərindəki vətən anlayışı nə deməkdir?

Şəriətdə sırf terminoloji mənada vətən anlayışı düşüncəmizdəki vətən anlayışından bir qədər fərqlənir. Belə ki, şəriətdəki vətən anlayışı coğrafi baxımdam daha dar əhatə dairəsinə malikdir və insan özü üçün hər hansı məkanı vətən seçə bilər. Belə ki, hətta bir şəhərdə doğulub uzun müddət yaşamışsa da, başqa bir şəhərdə məskunlaşsa, oranı özünə vətən qəbul edə bilər. Şəriətə görə, uzaq səfərə çıxan adam 4 rükətli namazları 2 rükət şəklində qılmalıdır. Lakin əgər vətəninə səfər edirsə (və ya başqa yerə səfər zamanı yol boyunca vətənindən keçirsə), namazlarını bütöv qılmalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, məsələn, əgər bir şəxs rayonda doğulubsa, amma sonralar Bakıya köçüb burada məskunlaşıbsa və Bakını özünə vətən qəbul edibsə, rayona qohumlarının yanına gedərkən - əgər səfəri 10 gündən az çəkərsə - səfərdə sayılacaq və namazlarını ixtisarla qılacaq. Amma əgər həm rayonda, həm də Bakıda evi varsa və hər iki evdən yaşayış üçün (mövsümü olsa belə) istifadə edirsə, iki vətənli sayılacaq və rayonda da namazlarını bütöv qılacaq.