29 yaşlı "xanım" minlərlə kişini aldatdı


Digərləri 01 Noy 2018 22:38:00 254 0

29 yaşlı "xanım" minlərlə kişini aldatdı

Belarusda sosial şəbəkələrdə qadın adı ilə özünə səhifələr açaraq kişiləri aldadan şəxs həbs edilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Moqilevskoy rayonunun 29 yaşlı sakini sosial şəbəkələrdə kişilərlə yazışaraq onları restorana dəvət edib. Yazışmalar zamanı "xanım" kişilərdən 20 rublluq (Təxminən 6 AZN) kontr istəyib. Kontr yükləndikdən sonra "xanım" danışdığı şəxslərlə əlaqələrini dayandırıb.

O, 2015-2018-ci illər ərzində minlərlə kişini eyni plan əsasında aldadıb.