Ərbəin yürüşü üçün iki nur saçan çıraq lazımdır


Digərləri 01 Noy 2018 22:20:00 312 0

Ərbəin yürüşü üçün iki nur saçan çıraq lazımdır

Ərbəin yürüşünə qoşulmaq hər bir Əhli-Beyt (ə) aşiqini arzusudur. Ancaq bu yürüşə qoşulmaq üçün hər bir möminə iki nur saçan çıraq lazımdır.

Qanlı Kərbəla hadisəsindən artıq 1400 il keçir. Lakin buna baxmayaraq, İmam Hüseynə (ə) olan eşq və sevgi hər il daha da artır. Ərbəin yürüşündə iştirak edən hər bir mömin İmamın (ə) şüarını yüksəldir və bəşərin zalımlarına qarşı etiraz səsini ucaldır.

Allah Təala mübarək "Hədid" surəsində möminlərə qızıl tövsiyələr verir. Əgər bu tövsiyələrə əməl olunarsa, insanı qaranlıqdan aydınlığa çıxardar. Allah Təala bu mübarək surədə buyurur: "Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır". ("Hədid" 28).

Son.az deyerler.org-a istinadən bildirir ki, Ərbəin yürüşündəki hər bir möminin özü ilə aparmalı olduğu nurlu çıraqlardan biri - İlahi təqvadır. Bu İlahi nemət həyat yolunda sizin üçün bir filtr rolunu oynayaraq, sizi günahdan və xatalardan qoruyacaqdır. Sizə icazə verməyəcəkdir ki, nalayiq rəftarlar nümayiş etdirəsiniz.

Ərbəin səfərinin müsafirləri təkcə Əhli-Beyt (ə) aşiqləri deyildirlər, həm də əhli-təsənnün və xristian qardaşlar da bu yürüşə qoşulur və onun bərəkətindən faydalanırlar.

İslami məzhəblərin müştərək cəhətləri - Peyğəmbərə (s) olan sevgiləridir. Peyğəmbərə (s) bəslədikləri sevgi onların əxlaqından və təqvasından xəbər verir.