Dinimizə görə, ilin hansı günlərində cinsi əlaqəyə icazə verilmir?


Digərləri 01 Noy 2018 22:15:00 850 0

Dinimizə görə, ilin hansı günlərində cinsi əlaqəyə icazə verilmir?

Bunun üçün şəriətimizdə xüsusi qəti hökm yoxdur. Mövcud olan hökmlər haram (qəti qadağan) yox, məkruh (arzuedilməz) qismindəndir. Hər qəməri ayın (müsəlman ayının) ilk gecəsində (ramazan ayını çıxmaqla), ayın ortasındakı və sonundakı 3 gecəsində, Ay tutulan gecə, Günəş tutulan gün, zəlzələ və başqa təbii fəlakətlər zamanı, sübh azanından Günəş çıxana kimi, axşam Günəş batdığı ərəfədə, zöhr (günorta) vaxtı (cümə axşamını çıxmaqla) cinsi yaxınlıq etmək məkruhdur. Bir daha təkrar edirik ki, bunlar qəti qadağan deyil, arzuolunmaz haldır. Bu məsələdə vaxtdan savayı digər şərtlərlə bağlı tövsiyələr də vardır ki, şəriət kitablarında onların haqqında məlumat verilib.