Keçmiş SSRİdən Avropanın hansı ölkələrinə daha çox üz tuturlar?


Digərləri 01 Noy 2018 22:05:00 265 0

Keçmiş SSRİdən Avropanın hansı ölkələrinə daha çox üz tuturlar?

Avropa Statistlik Agentliyinin verdiyi məlumata görə, 2017-ci ildə Ukraynadan gələn immiqrantlar Avropa İttifaqı ölkələrində ilkin mərhələdə ən çox daimi yaşayış icazəsi alanlar arasında 2-ci yerdə olan suriyalıları təqribən 3 dəfə keçərək siyahıda öncə gedir.

Ukraynalılar Avropa İttifaqında 661 min, suriyalılar 223 min, 3-cü yerdə olan Çin və Honkonqdan olanlar isə 193 min yaşama hüququ alıb.

İlk onluğa həmçinin Hindistan, ABŞ, Mərakeş, Əfqanıstan, İraq, Braziliya və Türkiyə daxildir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Ukrayna vətəndaşlarının əksəriyyəti (88%) Polşaya iş vizası ilə gəlirlər. Avropa İttifaqına gələnlərin 1/3-i iş səbəbi ilə yaşamaq icazəsi alır. Polşadan başqa, ukraynalılar Çexiya, Estoniya, Litva və Slovakiyaya gedirlər. Ukraynalılar 2017-ci ildə bütün bu ölkələrdə yaşamaq icazəsi alanlar arasında birincidirlər.

Ukraynalıların 4%-i ailə birləşməsi ilə, 3,5%-i isə təhsil səbəbi ilə yaşayış icazəsi alıb​ Bu, digər ölkələrin vətəndaşları tərəfindən Avropada yaşayış icazəsinin alması səbəbindən çox fərqlidir. Əfqanıstan vətəndaşlarının əksəriyyəti, Suriya və iraqlıların əksriyyəti (bu rəqəm 71%-91% arası dəyişir) Avropa İttifaqında qaçqınlıq üzrə yaşayış icazəsi alırlar. Çin vətəndaşlarının əksəriyyəti Avropa İttifaqı ölkələrinə yerli, xüsusən də Britaniya universitetlərində təhsil almaq üçün gəlirlər. Mərakeşlilərin əksəriyyəti isə ailə səbəbləri ilə bağlı gəlir.

Bəs ruslar Avropa İttifaqının hansı ölkələrində yaşamaq icazəsi alırlar?

2017-ci ildə rusların yaşayamaq icazəsi almaq göstəriciləri aşağıdakı kimidir:

Çexiyada (6852), Ukrayna vətəndaşlarından sonra ikinici yer; Kiprdə (2883), Hindistan vətəndaşlarından sonra ikinci yer; Finladiyada (2374), İraq vətəndaşlarından sonra ikinci yer; Bolqarıstanda (2137), Türkiyə vətəndaşlarından sonra ikinci yer; Latviyada (1625), bütün ölkələr arasında birinci yer; Estoniyada (881) Ukrayna vətəndaşlarından sonra ikinici yer; Litvada -(720), Ukrayna və Belarus vətəndaşlarından sonra üçüncü yer; İş və qaçqınlıq əsasında yaşayış icazələrini hansı ölkələr verir?

Polşa iş məqsədləri üçün yaşayış icazəsi verən Avropa Birliyi ölkələri aeasında lideridir: bütün verilən yaşayış icazələrinin 88%-i və ya 6 yüz mindən çoxu iş məqsədi ilədir. Polşada yaşayış icazəsinin əksəriyyətini Ukrayna vətəndaşları alıb, ikinci yerdə beloruslar (42 min), üçüncü yerdə isə Moldova (7803) vətəndaşlarıdır.