Qarunu həzrət Musanın ən qatı düşməninə çevirən səbəb –


Digərləri 01 Noy 2018 21:50:00 282 0

Qarunu həzrət Musanın ən qatı düşməninə çevirən səbəb –

Qarun, Quranda adı çəkilmiş şəxslərdəndir. Onun əsl adı Qarun ibn Yəshurdur. O, Bəni İsraildən, Həzrət Musanın (ə) yaxın qohumlarından idi. Qurani Kərim onu varlı, dövlətli birisi kimi tanıtdırır. Hətta onun o qədər sərvəti var idi ki, bu xəzinələrin özünü deyil, açarlarını daşımaq üçün bi neçə qüvvətli adam lazım idi:

"Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi." (Qəsəs-76)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Qarun oncə Musa (ə) peyğəmbərlə düşmənçilik eirdi. Bu səbəbdən onun adı Firon və vəziri  Haman ilə birgə düşmənlərin sırasında çəkilir.Həmçinin Quran onun lovğalığından, təkəbbüründən, bu qədər sərvəti öz ağıl və farasəti ilə qazanmasını iddia etməsindən danışır, bu əməlinə görə onu məzəmmət edir. O ticarət və kimya elmini bildiyi üçün özündən çox razı idi:

"Qövmü ona dedi: "Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir." (Qəsəs-76)

(Qarun) dedi: "Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir". (Qəsəs-78)

Qarun sonralar Musa (ə) peyğəmbərə iman gətirir, hətta Bəni İsrailin Misiri tərk etdiyi zaman Qarunun da onlarla getdiyi deyilir. Lakin sonradan Qarun yenə də Musa (ə) peyğəmbərin düşmənlərinə çevrilir. Hətta o, Musaya (ə) iftiralar da atmağa başlayır, peyğəmbəri zina və sehirbazlıqda ittiham edir.

Onun peyğəmbərə qarşı çıxmasının səbəbini zəkata qarşı olan üsyanı olur. Qarunun gözəl səi var idi. O, hər gün gələr Tövratın səhifələrindən gözəl avazla oxuyardı. Bu zəkat ayəsi nazil olana qədər davam etdi.