İraqdakı müqəddəs məkanlara ziyarətə getmiş şəxslər namazları necə qılmalıdırlar?


Digərləri 01 Noy 2018 21:10:00 264 0

İraqdakı müqəddəs məkanlara ziyarətə getmiş şəxslər namazları necə qılmalıdırlar?

İraqdakı müqəddəs məkanlara ziyarətə getmiş şəxslər ziyarət zamanı namazları necə qılmalıdırlar?

Cəfəri məzhəbinə əsasən, yola çıxmış şəxsin səfəri nəzərdə tutulmuş şərtlərə cavab verərsə, o, gündəlik dörd rükətli namazları 2 rükət şəklində (qəsr ilə) qılmalıdır. Əhli-sünnə məzhəbində bu, fərz (vacib) sayılmır.

Son.az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbinə görə bəzi məkanlarda namazı bütöv qılmağa icazə verilir. Bu məkanlar risaələlərdə qeyd edilmişdir. Həmin məkanlarda müsafirin namazları bütöv qılması barədə hökm məsumların hədislərinə əsaslanır. Risalələrdə yazıldığına görə, səfərdə olan şəxs Məkkə, Mədinə, Kufə şəhərlərinin hər yerində, Kərbəlada isə İmam Hüseynin (ə) qəbrinə yaxın yerdə namazları bütöv qıla bilər.