Kənd imamı və ailə üzvləri diridiri yandırıldı,


Dünya 01 Noy 2018 20:36:00 273 0

Kənd imamı və ailə üzvləri diridiri yandırıldı,

Nigeriyada terrorçuların Borno əyalətinin 4 kəndinə hücumu nəticəsində 15 nəfər öldürülüb.

Son.az Report-a istinadən xəbər verir ki, kəndə "Boko Haram" terrorçu qruplaşmasının hücum etdiyi ehtimal olunur.

Terrorçuların sayı 200-dən çox olub və mülki sakinlərə odlu silahlardan atəş açıblar. 

Abba Malumati kəndində 8, Daloridə 2 nəfər öldürülüb. Kofa kəndində isə terrorçular kəndin imamını və onun ailəsinin 4 üzvünü diri-diri yandırıblar.