Partiyalara ayrılacaq vəsait məlum oldu


Siyasət 01 Noy 2018 20:28:00 234 0

Partiyalara ayrılacaq vəsait məlum oldu

2019-cu ildə Azərbaycanın dövlət büdcəsində siyasi partiyalara ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Son.az Report-a istinadla xəbər verir ki, gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün 3 milyon manat maliyyə yardımı nəzərdə tutulub.

Bu, 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə 2% çoxdur. Belə ki, bu il ayrılan 3 milyon manatın 2 milyon 940 mini istifadə edilib.

Qeyd edək ki, büdcə zərfi noyabrın 5-dən etibarən Milli Məclisin komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılacaq.

Son.az