Bölgələrdə Kənd Təsərrüfatı İşçiləri günü qeyd edilib (FOTO)


Digərləri 01 Noy 2018 20:24:00 262 0

Bölgələrdə Kənd Təsərrüfatı İşçiləri günü qeyd edilib (FOTO)

Bilik evləri bölgələrdə Kənd Təsərrüfatı İşçiləri gününü qeyd edib.

Bakı. Bilik Fondu ənənəvi olaraq, ölkəmizdə hər il noyabrın 1-də qeyd edilən Kənd Təsərrüfatı İşçiləri günü münasibətilə rayonlarda silsilə tədbirlər keçirir. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirlər Fondun Bilik evlərinin və yerli nümayəndələrinin təşəbbüsü ilə təşkil olunur. Bu il də ənənəsinə sadiq qalan Bilik Fondu bir neçə bölgədə bayram tədbiri hazırlayıb. İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə məktəblilərin Keyvəndi kəndində yerləşən AZZA Aqro MMC sənaye kompleksinə ekskursiyası təşkil edilib. Bilik Evinin rəhbəri Sevinc Novruzova kompleksin kollektivini peşə bayramı münasibətilə təbrik edib və əməkdaşlara işlərində uğurlar arzulayıb. Kompleksin zootexniki İlyas Fərzəliyev məktəblilərə sənaye müəssisəsinin fəaliyyəti barədə məlumat verərək bildirib ki, Kanadadan gətirilmiş 300 baş südlük cins inəyin saxlanılması üçün müasir standartlara cavab verən şəraitlə təmin edilmiş kompleks 2018-ci ilin avqust ayından istifadəyə verilib. Zootexnik müəssisədə istehsal olunan məhsulun yüksək keyfiyyət göstəricilərinə cavab verdiyini də əsaslı arqumentlərlə diqqətə çatdırıb. Məktəblilər ümumi məlumat aldıqdan sonra kompleksin istehsal prosesi ilə tanış olublar .