Panik atak və şizofreniya: Psixoloq “Hellouin”in fəsadlarından danışdı


Digərləri 01 Noy 2018 20:04:00 239 0

Panik atak və şizofreniya: Psixoloq “Hellouin”in fəsadlarından danışdı

İnternet, kompüter texnologiyalarından istifadə, içərisində şiddətə yer verilən bir sıra oyunlar, eləcə də uşaqların yaş dövrünə uyğun olmayan bayramlar onların fiziki, mənəvi və psixoloji sağlamlığına ciddi təsir göstərir. 

Hər birimizin filmlərdə görüb və gülərək izlədiyimiz "Hellouin" ("Halloween") əslində bizim bayramlarımıza uyğun gəlmir. 

Bəlkə də, bir çoxumuz bu bayramın necə yarandığını bilmirik. Gəlin bu balqabaq bayramının bir az kökünə gedək.

"Hellouin" sözü "All hallows eve" yəni "bütün müqəddəslərin axşamı" kimi tərcümə edilir. Bu bayram ilk dəfə "Allahın təbiətinə qarşı çıxan", "fəsilləri iki yerə ayıran", İngiltərə, İrlandiya və Fransanın şimalında özlərinə yer edən qədim kelt qəbilələrində qeyd olunub.  

Bayramın qeyd edildiyi 31 oktyabr tarixi hər kelt ilinin son günü hesab edilirdi. Keltlər hesab edirdilər ki, həmin gecə bu dünya ilə o dünya arasındakı qapılar açılır və ruhlar bizim aləmimizə qonaq gəlir. 

İnsanlar "ifritə", "meyit", "vampir" və sairə qorxulu libaslar geyinib bir növ karnaval keçirib əylənirlər. 

Halbuki məlum bütün müqəddəs kitablar ölülərin dirilərlə münasibətini mümkünsüz sayır. Buna baxmayaraq, biz hələ də bu bayramı qeyd etməkdə maraqlıyıq.

Son.az bildirir ki, oxu.az saytı məsələ ilə bağlı sosial şəbəkədə kiçik bir sorğu keçirib, valideynlərin  fikirlərini öyrənib.

Yazılan rəylər isə müxtəlif oldu. Valideynlərin bir qismi bu bayramın uşaqlar üçün uyğun olmadığını dedilər:

"Mənim uşağımın beş yaşı var. Bayramın ümumilikdə keçirilməsi normaldır. Amma bunu azyaşlı uşaqlar üçün uyğun hesab etmirəm. Bu onları qorxudur. Mənim qızım o geyimləri geyinmək belə istəmirdi".

Maraqlı fikirlər arasında jurnalist həmkarlarımızın da fikirləri diqqət çəkir. Jurnalist Leyla Sarabi də oğlunun getdiyi bağçada "Hellouin" bayramının keçirilməsinin azyaşlı uşaqların psixologiyasına mənfi təsir edə biləcəyini deyib:

"Biz Fransada yaşadığımız illərdə oğlum iki il bu bayramın vətəni olan Fransada bağçaya gedib. Amma biz bir dəfə belə olsun fransızların bağçalarda, təhsil müəssisələrində azyaşlı uşaqlara bu şənlik üçün hazırlıq etdiklərini görməmişik. Onlar uşaqların psixologiyasını ikiqat artıq düşünürlər.

Fransada din dəyişsə belə bu bayram onlar üçün tarixi hesab olunur. Təbii ki, küçələrdə bayram atributlarına rast gəlmək olurdu. Hazırda oğlumun beş yaşı var və getdiyi bağçada xüsusilə qız uşaqları bu bayramdan daha çox qorxur, ağlayırdılar.  Bir valideyn kimi mən bunu dəstəkləmirəm.