Paytaxtın mənzil bazarında yeni mənzillər ucuzlaşdı, köhnə mənzillər isə əksinə


Digərləri 01 Noy 2018 20:06:00 247 0

Paytaxtın mənzil bazarında yeni mənzillər ucuzlaşdı, köhnə mənzillər isə əksinə

2018-ci ilin sentyabr ayında Bakıda yeni mənzillərin qiymətində ucuzlaşma, köhnə mənzillərin qiymətində isə bahalaşma qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 3.29 faiz olub.