Azərbaycanda mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq


Digərləri 01 Noy 2018 19:46:00 238 0

Azərbaycanda mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq

2018-ci ildə Azərbaycanda 72,6 milyon manat həcmində mebelin istehsal olunması gözlənilir ki, bu da ötən illə müqayisədə 11,8 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə 2019-2022-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı proqnoz göstəriciləri və konsepsiyasında deyilir.

Proqnozlara əsasən, növbəti illərdə mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, 2019-cu ildə mebel istehsalı 76,7 milyon manat, 2020-ci ildə 82,2 milyon manat, 2021-ci ildə 88,2 milyon manat, 2022-ci ildə isə 94,5 milyon manat təşkil edəcək.

Azərbaycanda daha çox ofis mebelinin istehsalı gözlənilir: 2018-ci ildə ofis mebeli istehsalının 17 481 ədəd, 2019-cu ildə 18 529, 2020-ci ildə 19 641, 2021-ci ildə 20 820, 2022-ci ildə 22 069 ədədə çatacağı gözlənilir.

2017-2022 -ci illərdə mebel istehsalı (ədədlə):

  2017

2018

2019

2020

2021

2022

Ofis mebeli

16 999

17 481

18 529

19 641

20 820

22 069

Mətbəx mebeli

521