Əkizlər Roza ilə bağlı suala əsəbiləşdi: "Onun reklamını etməyək"


Şou-biznes 01 Noy 2018 19:36:00 339 0

Əkizlər Roza ilə bağlı suala əsəbiləşdi: "Onun reklamını etməyək"

Əkizlər Sevil və Sevinc Səfərovalar qalmaqal yaşadıqları Roza Zərgərli ilə bağlı suala əsəbiləşiblər.  Son.az axşam.az-a istinadən xəbər verir ki, bacılar "Səhər-səhər" verilişində aparıcı Elgiz Əkbərin "Roza Zərgərli sizdən, ya siz ondan nə istəyirsiniz" sözlərinə belə cavab veriblər: "Biz piar-menecer işləmirik, müğənniyik. İstəyirik ancaq öz işlərimizdən danışaq. Digər müğənnilər haqda nə pis, nə yaxşı danışmayacağıq. Şirkətimiz yoxdur, reklam etmirik. Kiminsə işi varsa, danışaq. Amma oturub boş-boş danışmaq olmaz". Qeyd edək ki, Roza bir vaxtlar əkizlərə prodüserlik edib. Daha sonra isə bacılar ondan ayrılaraq tək fəaliyyət göstəriblər. Həmin andan müğənnilər arasında küsülük başlayıb.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin: