Nazir müavini: "17 rayonda 60 xüsusi istedad sinfi yaradılıb"


Digərləri 01 Noy 2018 19:24:00 290 0

Nazir müavini: "17 rayonda 60 xüsusi istedad sinfi yaradılıb"

Bu gün IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mərasimdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illərdə təhsil sisteminin yenidən qurulması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması uğurla həyata keçirilir.

Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb.

M.Vəliyeva qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya"sına əsasən, ölkədə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların akademik potensiallarının dəyərləndirilib inkişaf etdirilməsi istiqamətində bir sıra fəaliyyətlər icra olunmaqdadır:" Artıq 5 ildir ki, Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Ölkənin 17 rayonunda 60 xüsusi istedad sinfi yaradılıb".