Uşaqlara hansı telefonlarla nəzarət etmək olacaq?


Digərləri 01 Noy 2018 19:16:00 252 0

Uşaqlara hansı telefonlarla nəzarət etmək olacaq?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində həyata keçirilən "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının (kidsafe) istifadəsi pulsuzdur.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O bildirib ki, proqram uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifə və sorğular haqqında məlumatlandırılmasına xidmət edəcək:

"Hazırda "www.kidsafe.az" proqramını Vindovs əməliyyat sistemi üçün yükləmək mümkündür. Android əməliyyat sistemi üçün nəzərdə tutulan versiya artıq sistemə yerləşdirilib, bir həftədən sonra aktivləşdiriləcək. Noyabrın axırı və dekabrın əvvəlində isə valideynlər IOS əməliyyat sistemi üçün olan proqramı yükləyə bilərlər".