Qarabağ-ın rəqibi məşqçi ilə yolları ayırır


İdman 01 Noy 2018 18:21:00 282 0

Qarabağ-ın rəqibi məşqçi ilə yolları ayırır

Sporting-in baş məşqçisi Joze Pezeyru istefaya göndərilə bilər.

Goal.az “A Bola”ya istinadən xəbər verir ki, klub rəhbərliyi 58 yaşlı mütəxəssisi postundan uzaqlaşdırmaq fikrində qətidir. Onun yerinə iki namizədin gözdən keçirildiyi bildirilir: fransalı Leonardu Jardim və portuqaliyalı Paulu Souza.

Lissabon təmsilçisi Premyer Liqada 8 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Sporting UEFA Avropa Liqasında Qarabağ-la eyni qrupda yer alır. Sporting sentyabrın 20-də Lissabonda keçirilmiş görüşdə Qarabağ-a 2:0 hesabı ilə qalib gəlib. Komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər.