Azərbaycanda ilk dəfə "Orqan musiqisi " festivalı


Kriminal 01 Noy 2018 18:08:00 276 0

Azərbaycanda ilk dəfə "Orqan musiqisi " festivalı

Azərbaycanda ilk dəfə noyabr ayının 7 və 8 də Azərbaycan Televiziyası Mədəniyyət Kanalı, Azərbaycan Radiosu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və  Beynəlxalq  Muğam Mərkəzinin birgə layihəsi  "Azərbaycan Orqan Musiqisi Festivalı" baş tutacaq.

Son.az xəbər verir ki, festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək

Azərbaycan Televiziyası Mədəniyyət kanalının yeni layihəsi olan "Azərbaycan Orqan Musiqisi Festivalı"nın da noyabrın 7-si saat 12:00 - da Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan orqan sənətinin inkişafı yolu" mövzusunda (1900-2018) elmi konfrans, noyabırın 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Azərbaycan orqan musiqisindən ibarət konsert keçiriləcək. Noyabrın 8-də  saat 19:00-da Kamera və Orqan Musiqi Zalında Avropa orqan musiqisindən ibarət festival yekunlaşacaq.

Festival boyu musiqisevərləri maraqlı orqan musiqisi proqramı gözləyir. Belə ki, konsertlərdə Avropa  və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Proqramda Nazim Əliverdibəyov, Qara Qarayev, Vasif Adıgözləv, Fərhad Bədəlbəyli, Rüfət Ramazanov,  İohan Sebastyan Bax, Ejen Jiqo, Lui Nikola Klerambo, Iohan Paxelbel, Feliks Mendelson, Qeorq Fridrix Hendel, Astop Pyatsolla və digərlərinin əsərlərini Azərbaycan musiqiçiləri ifa edəcəklər. Festivalda təqdim olunacaq musiqi nömrələrin daha bir maraqlı cəhəti də ondan ibarətdir ki, orqanla birgə milli musiqi alətəmiz tarda da ifa olunacaq.

Xənandə və vokalçılar da səhnədə yer alacaqlar.