Azərbaycanda bir saat işə verilən pul nə qədərdir?


Digərləri 01 Noy 2018 17:52:00 273 0

Azərbaycanda bir saat işə verilən pul nə qədərdir?

Azərbaycanda son illərdə ÜDM-in davamlı artımı nəticəsində əmək məhsuldarlığı (1 adam/saat) üzrə göstərici yüksəlib və 2006-cı ildə cari qiymətlərlə 2,35 manatdan (2,6 ABŞ dollarından), 2017-ci ildə 7,59 manata (4,4 ABŞ dollarına) çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda öz əksini tapıb.

2006-2013-cü illər ərzində əmək məhsuldarlığı cari qiymətlərlə ABŞ dolları ifadəsində artıb, 2014-2016-cı illərdə azalıb, 2017-ci ildən yenidən artmağa başlayıb. İqtisadi fəaliyyət növləri arasında əmək məhsuldarlığı göstəricilərində ciddi fərqlər mövcuddur. Belə ki, 2016-cı ildə mədənçıxarma sənayesi üzrə əmək məhsuldarlığı göstəricisi cari qiymətlərlə 257,7 manat (161,4 ABŞ dolları) olduğu halda, kənd təsərrüfatı üzrə bu göstərici 1,03 manata (0,6 ABŞ dolları), emal sənayesi üzrə 6,3 manata (3,9 ABŞ dolları), tikinti sahəsi üzrə isə 9,4 manata (5,8 ABŞ dollarına) bərabər olub.