Siqaret filtrinin içərisindən metamfetamin çıxdı FOTO


Digərləri 01 Noy 2018 17:24:00 332 0

Siqaret filtrinin içərisindən metamfetamin çıxdı  FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında, İrandan qayıdan Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, vətəndaşın əl yükü yoxlanılan zaman ona məxsus "Magna" markalı siqaret qutusunda 12 ədəd siqaret filtrinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 5.6 qram olan əzilmiş, açıq qəhvəyi, toz halında narkotik maddə - metamfetamin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.


Xəbərə aid fotolar