Gəncənin icra başçısı məsləhətçisini işdən azad etdi


Digərləri 01 Noy 2018 16:58:00 272 0

Gəncənin icra başçısı məsləhətçisini işdən azad etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.