Avtobusun evakuatorla toqquşması nəticəsində yaralanan jurnalistin səhhəti stabildir


Digərləri 01 Noy 2018 17:08:00 277 0

Avtobusun evakuatorla toqquşması nəticəsində yaralanan jurnalistin səhhəti stabildir

Bakıda sərnişin avtobusunun evakuatorla toqquşması nəticəsində xəsarət alan jurnalist Zakirə Zakirqızının vəziyyəti stabilləşib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Z.Zakirqızı mərkəzin neyrocərrahiyyə şöbəsinə yerləşdirilib: "Hazırda vəziyyəti stabilləşib, həyatı təhlükəsi yoxdur. Xəstənin müalicəsi davam etdirilir".

Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub.