Novruz Məmmədov: Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək


Digərləri 01 Noy 2018 17:01:00 256 0

Novruz Məmmədov: Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək

Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək.

Bakı. Elçin Mehdiyev - Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov Qazaxıstanın ən böyük tirajlı dövlət qəzeti olan “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində deyib. N.Məmmədov bildirib ki, Qazaxıstanla Azərbaycanı tarixi dostluq-qardaşlıq telləri bağlayır: "Burada eyni soykök, eyni mədəni və mənəvi faktorlar önəm kəsb edir. Eyni zamanda, Azərbaycanla Qazaxıstan strateji tərəfdaşdırlar. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 26 il ərzində münasibətlərimiz bütün sahələr üzrə inkişaf edib. Xüsusən, Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyini yüksək qiymətləndiririk". Baş nazir vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş 14-cü iclasında yol xəritəsi imzalanıb, onun icrası ilə bağlı həyata keçirilmiş tədbirlər cari ilin 31 oktyabr tarixində Astanada baş tutmuş Komissiyanın 15-ci iclasında buna müvafiq olaraq müzakirə olunub: