Radio kanaldan açıqlama "Yayımın dayandırılması müvəqqətidir"


Digərləri 01 Noy 2018 16:57:00 261 0

Radio kanaldan açıqlama  "Yayımın dayandırılması müvəqqətidir"

Tovuz-Qazax bölgəsində radio dalğasında Antenn 101 FM-in yayımı dayanıb.

İlkin Məmmədov adlı oxucu Son.az-a məktub göndərərək, yayımın dayandırılmasının səbəbini bilmək istəyib.   

"Bizim bölgə üçün radio dalğasında ümumilikdə 6 FM var. Bunlardan da biri Antenn 101 FM-dir. Artıq 7 avqust tarixindən etibarən radioda bu kanalı dinləyə bilmirik. Ona görə də kanalın hansı səbəbdən dayandırıldığını bilmək istəyirik".

Bununla bağlı 101 Antenn FM-in rəsmi saytında hər hansı bir xəbərə rast gəlmədik. Saytda radio kanalın bütün bölgələr üzrə əhatə dairəsini bildirən hissə var. Burada Qazax bölgəsi üçün yayım tezliyi 100FM olaraq qalır.